Türkiyә ‘‘Pәncә 3’’ әmәliyyatına başladı
Türkiyәnin Milli Müdafiә Nazirliyi İraqın şimalındakı Sinan-Haftanin bölgәsindә ‘‘Pәncә-3’’ әmәliyyatına start verib.
Türkiyәnin Milli Müdafiә Nazirliyi İraqın şimalındakı Sinan-Haftanin bölgәsindә ‘‘Pәncә-3’’ әmәliyyatına start verib.
Milli Müdafiә Nazirliyindәn verilәn mәlumata әsasәn, ‘‘Pәncә-3’’ әmәliyyatına dünәn başlanılıb.
Açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Әmәliyyat sәrhәd tәhlükәsizliyini tәmin etmәk, Sinan-Haftanin bölgәsindә olan terrorçuları vә onlar tәrәfindәn istifadә olunan mağara vә sığınacaqları mәhv etmәk mәqsәdilә hәyata keçirilir. Hәrbi Hava Qüvvәlәrinә mәxsus döyüş tәyyarәlәri, pilotsuz uçan aparatlar vә iri çaplı silahların dәstәyi ilә keçirilәn әmәliyyat planlaşdırıldığı şәkildә müvәffәqiyyәtlә davam etdirilir’’.
Әlaqәli Xәbәrlәr
Terrora qarşı mübarizə qətiyyətlə davam edir
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.