Mustafa Varank Almaniyada keçirilәcәk Süni İntellekt Konfransına qatılacaq

Nazirlikdәn verilәn açıqlamaya görә,  Almaniya Federal İqtisadiyyat və Enerji naziri Peter Altmaierin  təşəbbüsü ilә  Berlində Türkiyə-Almaniya Süni İntellekt Konfransı keçiriləcək.

1255450
Mustafa Varank Almaniyada keçirilәcәk Süni İntellekt Konfransına qatılacaq

 

Türkiyәnin Sənaye və Texnologiya naziri Mustafa Varank avqustun 22-də Almaniyada keçiriləcək süni intellekt konfransında iştirak etmək üçün Berlinə sәfәr edәcәk.

Nazirlikdәn verilәn açıqlamaya görә,  Almaniya Federal İqtisadiyyat və Enerji naziri Peter Altmaierin  təşəbbüsü ilә  Berlində Türkiyə-Almaniya Süni İntellekt Konfransı keçiriləcək.

Varankın iştirak edәcәyi  konfransa Türkiyədən müxtəlif ictimai və mülki  quruluşların  nümayəndələri ilә süni intellektin sənayedə istifadə edilməsi mövzusunda tәdqiqatlar aparan  alimlər  də qatılacaq.

Mәlumata görә, Mustafa Varanka sәfәri çәrçivәsindә  Prezident Aparatının Rəqəmsal Dәyişiklik üzrә ofisinin rәhbәri Әli Taha Koç vә Prezident Aparatının  İnvestisiya ofisinin rәhbәri  Arda Ermut  müşayiət edəcəklər.

Konfrans çәrçivәsindә "Süni intellekt" və "Rəqəmsal dәyişiklik" adlı panel iclasların da keçirilәcәyi bildirilir.

Konfransın iki ölkə arasında elm, sənaye və ticari əlaqələrin inkişafına töhfə vermәsi gözlәnilir.

Konfrans çәrçivәsindә hәmçinin  sәnayedә süni intellektin istifadәsi mövzusunda  dәyirmi masa keçirilәcәk.

Varank  Berlinә edәcәyi sәfәr çәrçivәsindә  Max Planck və Fraunhofer İnstitutları kimi süni intellekt və rəqəmsal dәyişiklik  mövzusunda araşdırmalar aparan  Almaniyanın aparıcı qurumlarına baş çəkəcək.

Varank  Almaniyada yaşayan  Türkiyәli alimlәrlә görüşәcәk  vә Türk ilә  Alman investorlar ilə danışıqlar aparacaq.  



Әlaqәli Xәbәrlәr