"ABŞ-ın əyləndirmə taktikası keçməz", M.Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatları ilə Suriyanın şimalında qurulması planlanan Etibarlı Bölgəyə dair müqavilədə aydınlıq gətiriləsi bir çox mövzu olduğunu söylədi.

1252995

  Nazirlikdə Sierra Leonenin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nabeela Tunislə görüşündən sonrası etdiyi şərhdə Suriyada qurulması planlanan Etibarlı Bölgə məsələsinə toxunan M.Çavuşoğlu dedi:  

  "Ayrıntılar müzakirə olunur. Amma artıq PUA-larımız (Pilotsuz Uçan Aparat) bölgədə uçuşlara başlayıb. Məqsədimiz ərazidən YPG və PKK-lıları çıxarmaq və bir Etibarlı Bölgə yaratmaqdır.

  ABŞ prezidenti Donald Tramp Etibarlı Bölgə üçün 20 mil sözünü verib. YPG qəti şəkildə çıxarılmalıdır.

  ABŞ-ın əyləndirmə taktikası keçməz. Münbiçdə əyləndirmə üsulu etdilər, amma Türkiyənin bunu qəbul etməyəcəklərini anlamaları lazımdır. Bütün bunlara baxmayaraq, ABŞ terror təşkilatı YPG-ə silah köməyini davam etdirməkdədir.  

  F-35-lərlə əlaqədar isə onu deyə bilərəm ki, Türkiyənin F-35 proqramından rəsmi olaraq çıxarılması mövzusu yoxdur.”

Әlaqәli Xәbәrlәr