Türkiyə İsrailə sərt reaksiya verdi

Türkiyə İsrailin İordan çayının qərb sahilində yeni mənzil tikilməsini nəzərdə tutan qərarı təsdiq etməsinə sərt reaksiya verib.

1249457
Türkiyə İsrailə sərt reaksiya verdi

Xarici İşlər Nazirliyindən yayılan açıqlamada: “İsrailin 1967-ci ildən bəri  İordan çayının qərb sahilində qanunsuz saldığı yaşayış məhəllələrində 2300-dən çox yeni mənzil tikilməsini nəzərdə tutan qərarı təsdiq etməsi Fələstin xalqının haqqlarını tapdaladığının bariz göstəricisidir.  İsrailin beynəlxalq   qanunlara  zidd  bu  cəhdlərini  pisləyirik. Türkiyə  iki dövlətli həll perspektivini aradan qaldırmaq və işğalı legitimləşdirmək üçün atılan addımları rədd edir, Fələstin xalqının haqlı mübarizəsinə dəstək verməkdə davam edir.  



Әlaqәli Xәbәrlәr