Rusiya ilə Türkiyə arasında sərbəst viza rejimi bu gündən etibarən tətbiq olunacaq

Rusiya ilə Türkiyə arasında razılışdırılan sərbəst viza rejimi  xidməti və xüsusi pasportu olan şəxslərə və beynəlxalq nəqliyyat sürücülərinə bu gündən etibarən tətbiq olunmağa başlayacaq.

1249193

Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama yaydı.

Açıqlamada Türkiyə ilə Rusiya arasında viza rejiminə dair aparılan danışıqların nəticəsi olaraq rəsmi pasportu olan şəxslərə qarşılıqlı şəkildə sərbəst viza rejiminin tətbiq olunacağı bildirildi.

Açıqlamada qarşılıqlı sərbəst viza rejiminin bu gündən etibarən etibarlı olacağı qeyd edildi.

Xarici İşlər Nazirliyi  12 may 2010-cu ildə imzalanmış viza rejiminə dair müqavilənin 7 avqust 2019-cu il tarixindən etibarən qismən yenidən qüvvəyə mindiyini xatırlatdı.

Әlaqәli Xәbәrlәr