Ərdoğan: "Türkiyənin Aİ üzvlüyü bir neçə ölkənin ehtirasına qurban verilməməlidir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksindəki 11-ci Səfirlər Konfransında çıxış etdi.

1248776
Ərdoğan: "Türkiyənin Aİ üzvlüyü bir neçə ölkənin ehtirasına qurban verilməməlidir"

Türkiyə pezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatları ilə başlayan prosesin tezliklə fərqli bir mərhələyə keçəcəyini söylədi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksindəki 11-ci Səfirlər Konfransında çıxış etdi.

Ərdoğan Suriya mövzusu ilə bağlı: "Lazım olduğunda dialoq yolu ilə, lazım olduğunda yumşaq güc elementlərindən istifadə edərək, lazım olduğunda diplomatik yolla, lazım olduğunda isə real güc tətbiq edərək milli maraqlarımızı müdafiə edəcəyik" dedi.

Türkiyə prezidenti: "Ümid edirəm ki, "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatları ilə başladığımız proses çox tezliklə fərqli bir mərhələyə keçəcək" ifadəsini işlətdi.

Türkiyənin NATO müttəfiqi və strateji tərəfdaşı olan Amerika Birləşmiş Ştatlarından həqiqi bir müttəfiqə yaraşan addımlar atmasını gözlədiklərini ifadə edən Ərdoğan: "Cənub sərhədimizdə xərçəng hüceyrəsi kimi böyüyən, müttəfiqlərimizin ağır silahları ilə böyüdülən təşkilat aradan qalxmadıqca Türkiyə özünü təhlükəsizlikdə hiss edə bilməz" dedi.

Prezident Ərdoğan: "S-400-lərin NATO-ya və F-35-lərə zərər verəcəyinə dair konkret dəlil yoxdur. Heç kim başqasını aldatmağa çalışmasın" dedi.

Ərdoğan ABŞ-dan istər Fətullahçı terror təşkilatının (FETÖ) liderlərinin təhvili, istərsə də  PKK / YPG terror təşkilatının silahlandırılmasına son qoyulması məsələsində konkret addımlar gözlədiklərini söylədi.

Prezident Türkiyənin Aİ üzvlüyü ilə bağlı: "Avropa İttifaqı qlobal aktyor olmaq istəyirsə, ilk növbədə, Türkiyəni qazanmalıdır. Türkiyənin üzvlüyü bir neçə ölkənin ehtirasına qurban verilməməlidir" deyə bildirdi.

Prezident Ərdoğan separatçı terror təşkilatı PKK ilə mübarizə məsələsinə də toxunaraq: "PKK adlanan yaranı İraq ərazisindən qoparıb atmaq əzmindəyik" dedi.

Türkiyə prezidenti Rusiyadan alınan S-400-lərlə əlaqədar:"S-400" məsələsində Türkiyə öz təhlükəsizliyi ilə bağlı strateji deyil, tamamilə ticari bir seçim etmişdir. Ölkəmizi bu seçimə məcbur edən də müttəfiqlərinin uzlaşmayan rəftarıdır" dedi.

Prezident Ərdoğan çıxışında 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin qurulması və tanınmasının artıq seçim deyil, məcburiyyət olduğunu bildirdi.



Әlaqәli Xәbәrlәr