Türkiyə Suriya sərhədində qurulması nəzərdə tutulan təhlükəsiz bölgə məsələsi barədə açıqlama verdi

Türkiyə Suriya sərhədində qurulması nəzərdə tutulan təhlükəsiz bölgə məsələsinin ləngidilməsinə icazə verməyəcəyini bildirdi.

1246889
Türkiyə Suriya sərhədində qurulması nəzərdə tutulan təhlükəsiz bölgə məsələsi barədə açıqlama verdi

Türkiyə Suriya sərhədində qurulması nəzərdə tutulan təhlükəsiz bölgə məsələsinin ləngidilməsinə icazə verməyəcəyini bildirdi.

Xarici İşlər Nazirliyi sözcüsü Hami Aksoy həftəlik mətbuat konfransında ABŞ hərbi heyətinin təhlükəsiz bölgə mövzusundakı müzakirələr üçün 5 avqustda paytaxt Ankaraya gələcəyini açıqladı.

Aksoy ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin Türkiyəyə səfərində müxtəlif yığıncaqların keçirildiyini ifadə edərək, təhlükəsiz bölgə və Suriya münaqişəsinin ətraflı şəkildə müzakirə olunduğunu qeyd etdi.

Həmin yığıncaqlarda Türkiyənin ABŞ tərəfinə əsas gözləntilərini yenidən çatdırdığını ifadə edən Aksoy bu gözləntilərin bölgənin sərhəddən 32 kilometr aralıqda olması, nəzarətinin Türkiyədə olması və terror təşkilatı PYD/YPG-nin buradan çıxarılması olduğunu ifadə etdi.

Aksoy təhlükəsiz bölgə ilə bağlı təkliflərin qəbuledilməz olduğunu bildirdi.

Aksoy "Yeni təklifləri qiymətləndirəcəyik. Bunun bir yayındırma prosesinə çevrilməsini istəmirik" dedi.

Hami Aksoy "ABŞ ilə ortaq bir məxrəcə gələ bilməsək (Suriya sərhəddində)  özümüz təhlükəsiz bölgə yaratmalıyıq. Bunu hər görüşdə ABŞ-lı tərəfmüqabilimə çatdırırıq. ABŞ hərbi heyəti ilə danışıqlar davam edəcək” deyə vurğuladı.



Әlaqәli Xәbәrlәr