"Türkiyənin Kıbrısdakı zamin ölkə gücünü zəiflətməyə cəhd göstərmək nəticəsiz qalacaq",H.Akar

Milli müdafiə naziri Hulusi Akar Türkiyənin Kıbrısda zamin ölkə gücünü zəiflətməyə cəhd göstərməyin nəticəsiz qalacağını söylədi.

1246790
"Türkiyənin Kıbrısdakı zamin ölkə gücünü zəiflətməyə cəhd göstərmək nəticəsiz qalacaq",H.Akar
akar kktc resepsiyon.jpg

Milli müdafiə naziri Hulusi Akar Türkiyənin Kıbrısda zamin ölkə gücünü zəiflətməyə cəhd göstərməyin nəticəsiz qalacağını söylədi.

Şimali Kıbrıs Türk Cümhuriyyəti (ŞKTC) Silahlı Qüvvələr Günü dünən paytaxt Ankarada təşkil edilən qəbuldə qeyd olundu.

Qəbulda iştirak eədərək çıxış edən Akar indiyədək həm Türkiyə, həm də ŞKTC-nin hər fürsətdə sülh və sabitlikdən tərəf olduğunu göstərdiyini ifadə etdi.

Türkiyənin Kıbrısdakı zaminliyinin daşıdığı əhəmiyyəti vurğulayan Akar “Türkiyənin zaminliyini müxtəlif ifadələrlə və təsvirlərlə zəifləşməyə, adi axarından çıxarmağa cəhd göstərməyin mənası yoxdur. Bu nəticəsiz bir cəhddir. ŞKTC-nin haqq və mənfəətlərini qorumaq mövzusunda qətiyyətli olduğumuz barədə heç kəsin şübhəsi olmasın, heç kəs səhv yola üz tutmasın” deyə söylədi.  

Akar Şərqi Aralıq dənizində karbohidrogen fəaliyyətlərilə əlaqədar olaraq da ŞKTC-nin ortaq bir komitə qurulmasını təklif etdiyini və Cənubi Kıbrıs Rum İdarəsi tərəfindən bunun qubul edilmədiyini xatırladaraq “Bu addım sülhə, sabitliyə töhfə mənasında ən son nümunədir” ifadələrini işlətdi.

Türkiyənin Şərqi Aralıq dənizi və Kıbrısda dəniz səlahiyyət sahələrinin, bərabər suverenlik haqlarının qorunması və qaynaqların ədalətli bölüşülməsinin bütün sahildaş dövlətlərin razılığı ilə müəyyən edilməsinin vacibliyini bildirən Hulusi Akar “Ancaq başa düşülməktə çətinlik çəkirik” dedi.



Әlaqәli Xәbәrlәr