“Türkiyə yeni layihələrlə mərkəzi ölkə olma hədəfinə daha da yaxınlaşacaq”, R.T.Ərdoğan

Prezident Rəbəc Tayyib Ərdoğan gələcək dövrdə Türkiyənin təbii qaz sahəsində həyata keçirdiyi yeni layihələrlə birlikdə mərkəzi ölkə olma hədəfinə daha da yaxınlaşacağını bildirdi.

1244945
“Türkiyə yeni layihələrlə mərkəzi ölkə olma hədəfinə daha da yaxınlaşacaq”, R.T.Ərdoğan

Prezident Rəbəc Tayyib Ərdoğan gələcək dövrdə Türkiyənin təbii qaz sahəsində həyata keçirdiyi yeni layihələrlə birlikdə mərkəzi ölkə olma hədəfinə daha da yaxınlaşacağını bildirdi.

Ərdoğan dünən Aksaraydakı Duz gölü təbii qaz saxlama parkı genişlətmə layihəsinin təməlqoyma mərasiminə məktub ünvanladı.

Ərdoğan məktubunda layihənin xeyirli olmasını diləyərək dedi:

“Böyük və güclü Türkiyə yolunda bizə maneə törədəcək, hərəkət qabiliyyətimizi məhdud edəcək hər problemin həlli üçün əlimizdən gələn cəhdi göstərməkdə davam edəcəyik. Təbii qazda nə qədər də məhdud ehtiyatımız olsa da bu vəziyyət Türkiyənin güclü bir təbii qaz strukturu qurması və gələcəkdə ixrac edən ölkə olmasının qarşısında əsla əngəl deyildir”.

Ərdoğan son illərdə bu sahədə atdıqları üzən mayeləşdirilmiş təbii qaz saxlama və yenidən qaz halına gətirmə parkları (FSRU), mayeləşdirilmiş təbii qaz, (LNG) təbii qaz saxlama parkları, beynəlxalq boru kəmərləri kimi strateji addımlarla birlikdə Türkiyənin təbii qaza olan ehtiyacını ciddi miqyasda zəmanət altına aldığına işarə etdi.

"Türkiyə bu həmlələrlə birlikdə siyasi, iqtisadi, geosiyasi, struktural inkişafdan müstəqil bir quruluşda olmayan çalxanışla qlobal enerji bazarlarındakı güclü yerini daha da möhkəmləndirmişdir. Qarşıdakı dövr təbii qaz sahəsində həyata keçirəcəyimiz yeni layihələrlə yanaşı, mərkəzi ölkə məqsədimizə daha da yaxınlaşacağıq. Türkiyə qlobal enerji layihələrini həyata keçirmək üçün təkcə geosiyasi mövqeyi ilə deyil, eyni zamanda biliyi, təcrübəsi, siyasi sabitlik və güclü iqtisadiyyatı ilə də bölgənin hər zaman ən güclü və etibarlı tərəfdaşı olacaqdır" deyə Ərdoğan bildirdi.



Әlaqәli Xәbәrlәr