"Osmanlı nəvəsi” Boris Conson Çankırıya dəvət edildi

Böyük Britaniyanın yeni Baş naziri Boris Conson Çankırı Karatekin Universitetinin tədris ilinin açılış mərasiminə dəvət edildi.

1244554
"Osmanlı nəvəsi” Boris Conson Çankırıya dəvət edildi

Çankırı Karatekin Universitetinin (ÇAKÜ) rektoru Həsən Ayrancı bu barədə bəyanat yayıb.

Həsən Ayrancı göndərdiyi dəvət məktubunda baş nazir Conson hökumətinin Türkiyə-Britaniya əlaqələrinin inkişafına və akademik sahədə yeni əməkdaşlıqların edilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Qeyd edək ki, Boris Conson dədələri Çankırıda yaşayan, Osmanlı İmperatorluğunun son daxili İşlər naziri Əli Kamalın nəvəsi Stenli Consonun (Stanley Johnson)un oğludur. Bu səbəbdən o, Türkiyədə "Osmanlı nəvəsi” olaraq tanınır.



Әlaqәli Xәbәrlәr