Ərbildə Türkiyə Konsulluğunun əməkdaşına silahlı hücumu təşkil edən iki nəfər zərərsizləşdirildi

Şimali İraqın Ərbil şəhərində Türkiyə Konsulluğunun əməkdaşının şəhid edildiyi hücumu planlaşdırdığı müəyyən edilən iki terrorçu zərərsizləşdirildi.

1242384

Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatı ortaq şəkildə iki müxtəlif vaxtda əməliyyat keçirib.

İlk əməliyyat terror aktından bir gün sonra-18 iyulda həyata keçirilib və nəticədə PKK-nın bölgədəki liderlərindən biri olduğu bildirilən terrorçu məhv edilib. 

Növbəti əməliyyat isə dünən baş tutub və daha bir PKK-lı terrorçu zərərsizləşdirilib. 

Xatırladaq ki, iyulun 17-də Ərbil şəhərindəki restoranlardan birində uzun mənzilli silahla atəş edilməsi nəticəsində Türkiyənin Ərbildəki  Konsulluğunun əməkdaşı Osman Köse şəhid olub, daha iki İraq vətəndaşı həlak olub.

Әlaqәli Xәbәrlәr