‘‘Pәncә’’ әmәliyyatı nәticәsindә dörd terrorçu da zәrәrsizlәşdirildi

Türkiyәnin Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn mәlumatda  mayın 27-dә başlanılan ‘‘Pәncә’’ әmәliyyatı ilә koordinasiyalı şәkildә İraqın şimalındakı Zap vә Metina bölgәlәrindә hava әmәliyyatlarının keçirildiyi bildirilib.

1242169
‘‘Pәncә’’ әmәliyyatı nәticәsindә dörd terrorçu da zәrәrsizlәşdirildi

 

Türkiyә Silahlı Qüvvәlәri tәrәfindәn İraqın şimalında separatçı terror tәşkilatı PKK-ya qarşı keçirilәn  hava әmәliyyatı nәticәsindә dörd terrorçu da zәrәrsizlәşdirilib.

Türkiyәnin Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn mәlumatda  mayın 27-dә başlanılan ‘‘Pәncә’’ әmәliyyatı ilә koordinasiyalı şәkildә İraqın şimalındakı Zap vә Metina bölgәlәrindә hava әmәliyyatlarının keçirildiyi bildirilib.

Әmәliyyat nәticәsindә dörd terrorçunun zәrәrsizlәşdirildiyi, hәmçinin terrorçulara mәxsus silah-sursat anbarları vә sığınacaqların mәhv edildiyi bildirilib.

Digәr tәrәfdәn Şırnakda beş terrorçu tәhlükәsizlik qüvvәlәrinә tәslim olub.



Әlaqәli Xәbәrlәr