Türkiyə və Amerika hərbçiləri icraata başladılar

Nazirlikdən verilən məlumata görə...

1241120
Türkiyə və Amerika hərbçiləri icraata başladılar

  Türkiyə Milli Müdafiə Nazirliyində Türkiyə və Amerika hərbi nümayəndələri arasında Suriyanın şimalında "Etibarlı bölgə"nin təsisinə dair işlər başlandı.

  Nazirlikdən verilən məlumata görə, Türkiyə milli müdafiə naziri Hulusi Akar və Amerika Birləşmiş Ştatlarının Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefrinin (James Jeffrey) paytaxt Ankarada 22 iyul görüşlərində gəlinən razılığa görə, iki ölkənin hərbçiləri arasında Suriyanın şimalında koordinasiya əsasında təsisi planlaşdırılan "Etibarlı bölgə"yə dair çalışmalar icra edilməyə başlanıb.

  Şərhdə o da bildirilir ki, Türkiyə və ABŞ hərbi səlahiyyətliləri yaxınlarda yenə bir araya gələcəklər.



Әlaqәli Xәbәrlәr