Ərdoğan:"Heç bir sanksiya təhdidi Türkiyəni haqlı iddiasından imtina etməyə vadar edə bilməyəcək"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan heç bir sanksiya təhdidinin Türkiyəni haqlı iddiasından imtina etməyə vadar edə bilməyəcəyini bildirdi.

1241477
Ərdoğan:"Heç bir sanksiya təhdidi Türkiyəni haqlı iddiasından imtina etməyə vadar edə bilməyəcək"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Lozanna sülh müqaviləsinin imzalanmasının 96-ci ildönümü münasibətilə bölüşdüyü ismarışında bu ilin eyni zamanda İstiqlal mübarizəsinin başlanğıcının da 100-cü ildönümü olduğunu xatırlatdı.
 
 Dünyanın ən güclü ordularına qarşı aparılan Milli mübarizənin Türkiyənin müstəqillik sənədi olan Lozanna müqaviləsi ilə nəticələndiyini bildirən Ərdoğan bu ifadələri işlətdi: "Türkiyə Respublikası bir əsr əvvəl olduğu kimi, bu gün də müstəqilliyinə, gələcəyinə, vətəndaşlarının əmin-amanlığına və təhlükəsizliyinə qarşı hər növ təhdidi aradan qaldıracaq gücə və iradəyə malikdir".
 
 Türkiyənin Aralıq dənizinin şərqində  və Suriyada attığı adımların Türk millətinin və Kipr Türklərinin haqlarını qorumaq məsələsindəki həssaslığını açıq şəkildə ortaya qoyduğunu vurğulayan Ərdoğan: "İstər örtülü, istərsə də açıq şəkildə olsun, heç bir sanksiya təhdidi Türkiyəni haqlı iddiasından imtina etməyə vadar edə bilməyəcəkdir".



Әlaqәli Xәbәrlәr