Türkiyə Somalinin paytaxtı Moqadişoda törədilən terror aktını qınadı

Hücumun məsuliyyətini terror təşkilatı Əş-Şəbab üzərinə götürdüyünü açıqladı.

1240416
Türkiyə Somalinin paytaxtı Moqadişoda törədilən terror aktını qınadı

Türkiyə Somalinin paytaxtı Moqadişoda törədilən terror aktını qınadı.

Xarici İşlər Nazirliyinin açıqlamasında Moqadişoda dünən səhər xeyli sayda adamın həyatını itirməsinə və yaralanmasına səbəb olan terror hadisəsinin sərt şəkildə qınandığı bildirildi.

Açıqlamada “Hücumda həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa, dost və qardaş Somali hökumətilə Somali xalqına baş sağlığı diləyirik” ifadələri yer aldı.  

Qeyd edək ki, Somalinin paytaxtı Moqadişoda törədilən güclü partlayış nəticəsində 10 nəfər ölmüş, 10 nəfər isə xəsarət almışdı.

Hücumun məsuliyyətini terror təşkilatı Əş-Şəbab üzərinə götürdüyünü açıqladı.



Әlaqәli Xәbәrlәr