Çavuşoğlu: "Sanksiya olarsa, bizim də ABŞ-a verəcəyimiz cavablar var"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatları Türkiyəyə qarşı düşmən mövqe sərgilədiyi təqdirdə cavab addımları atacaqlarını bildirdi.

1240212
Çavuşoğlu: "Sanksiya olarsa, bizim də ABŞ-a verəcəyimiz cavablar var"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika Birləşmiş Ştatları Türkiyəyə qarşı düşmən mövqe sərgilədiyi təqdirdə cavab addımları atacaqlarını bildirdi.

Çavuşoğlu bunu özəl televiziya kanalında gündəmə dair sualları cavablandırarkən söylədi.
 
 Xarici işlər naziri Türkiyənin milli müdafiə sənayesinin inkişafına çox əhəmiyyət verdiyini, bu istiqamətdə çox ciddi sərmayələr qoyduğunu və hazırda tələbatın 70 faizinin milli müdafiə sənayesi tərəfində ödənildiyini qeyd etdi.
 
Çavuşoğlu Türkiyənin öz döyüş təyyarələrini, tanklarını, helikopterlərini istehsal etmək üçün səy göstərdiyini vurğuladı.
 
 Çavuşoğlu ABŞ-ın F-35 döyüş təyyarələrini verməməsi halında Türkiyənin özü istehsal edənə qədər tələbatı başqa yerlərdən alınan təyyalərlə ödəyəcəyini bildirərək, S-400 zenit-raket sistemlərinin Rusiyadan alınmasının bunun nümunəsi olduğunu ifadə etdi.
 
Nazir:"F-35 vermədikləri zaman da Türkiyə başqa alternativlərə üz tutarsa, deyəcək sözləri olmaz. Türkiyə tələbatını təbii ki, ortaq olduğu layihə vasitəsilə ödəmək istəyir, lakin bu olmasa, başqa variantlara müraciət etmə hüququ vardır. Hər şeydən əvvəl müstəqil və azad bir ölkənin atmalı olduğu addımları yeri gəldiyi zaman Türkiyə atar və atacaqdır" dedi.
 
ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi halında Türkiyənin necə cavab verəcəyi barədə sualı cavablandıran Çavuşoğlu:" Sanksiya olarsa, bizim də ABŞ-a verəcəyimiz cavablar var. ABŞ bizə qarşı düşmən mövqe nümayiş etdirsə, gizləmirik, biz də qarşı addımlar atarıq. Bu təhdid də deyil, blef də deyil" dedi.
 
 Suriyanın İdlib şəhərinə qarşı hücumlara da toxunan xarici işlər naziri: "Bəşər Əsəd rejiminin hücumlarını dayandırma məsuliyyəti qonşumuz Rusyanın üzərindədir" deyə bildirdi.



Әlaqәli Xәbәrlәr