Mövlud Çavuşoğlu: "Daim Fələstin dövlətinin və fələstinli qardaşlarımızın  yanında olacağıq"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu daim Fələstin Dövlətinin və fələstinlilərin  yanında olacaqlarını bildirdi.

1237275
Mövlud Çavuşoğlu: "Daim Fələstin dövlətinin və fələstinli qardaşlarımızın  yanında olacağıq"

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri səviyyəsində keçirdiyi Açıq Tərkibli Fövqəladə İcra Komitəsinin toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər etdi.

Çavuşoğlu burada Fələstin xarici işlər naziri Riyad əl-Maliki ilə görüşdü.

Türkiyə xarici işlər naziri  sosial media hesabı "Twitter"də görüşlə bağlı bunları yazdı: "Fələstin xarici işlər naziri, qardaşım Riyad Maliki ilə İsrailin Qüdsə qarşı artan təcavüzkar mövqeyini müzakirə etdik. Daim Fələstin dövlətinin və fələstinli qardaşlarımızın  yanında olacağıq". 

 

 

 



Әlaqәli Xәbәrlәr