Türkiyədə 15 İyul - Demokratiya və Milli Birlik Günüdür

Bu gün Fәtullahçı Terror Tәşkilatının (FETÖ) hәyata keçirdiyi uğursuz çevriliş cәhdinin 3-cü ildönümüdür.

1235826
Türkiyədə 15 İyul - Demokratiya və Milli Birlik Günüdür
fuat oktay.jpg

 

Bu gün Fәtullahçı Terror Tәşkilatının (FETÖ) hәyata keçirdiyi uğursuz çevriliş cәhdinin 3-cü ildönümüdür.

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay xain çevriliş cәhdinin ildönümü ilә әlaqәdar şәxsi ‘‘Twitter’’ sәhifәsindәn açıqlama verib.

15 iyul gecәsi yaşananlarla bağlı hazırlanan video-çarxı bölüşәn Fuad Oqtay deyib: ‘’15 iyulda  terror tәşkilatının xain çevriliş cәhdi Türk Xalqı tәrәfindәn dәf edilib’’.

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu da 15 iyulda  yaşananlarla bağlı video-çarxı bölüşüb vә deyib: ‘‘Xain çevriliş cәhdinin ildönümündә demokratiya cә vәtәn uğrunda hәlak olan qәhraman şәhidlәrimizi rәhmәtlә, qazilәrimizi isә hörmәtlә yad edirik. Mәn çox şadam ki, çevriliş cәhdini dәf edәn әziz xalqın bir fәrdiyәm’’.

Türkiyә Xarici İşlәr Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindәn  dә  15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar açıqlama verilib.

Açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Çevriliş cәhdinin ildönümündә  demokratiya vә vәtәn uğrunda hәlak olan  qәhraman şәhidlәrimizi rәhmәtlә, qazilәrimizә hörmәtlә yad edirik’’.

Daxili işlәr naziri Süleyman Soylu  isә verdiyi açıqlamada bu ifadәlәrә yer verib: ‘‘Әziz xalqımız 15 iyulda  qәhramanlıq dastanına imza atmışdır. Bu dastanın әn önәmli mesajı da Türkiyәdә artıq çevriliş dövrünün bitmiş olduğudur’’.



Әlaqәli Xәbәrlәr