TBMM-dә 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar xüsusi iclas keçirilib

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şәntopun rәhbәrliyi ilә keçirilәn iclasda  Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan da iştirak edib.

1235981
TBMM-dә 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar xüsusi iclas keçirilib
tbmm 15 temmuz3.jpg
tbmm 15 temmuz2.jpg
tbmm 15 temmuz1.jpg

Türkiyә Böyük Millәt Mәclisindә 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar xüsusi iclas keçirilib.

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şәntopun rәhbәrliyi ilә keçirilәn iclasda  Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan da iştirak edib.

İclasda çıxış edәn TBMM  sәdri Mustafa Şәntob deyib: ‘‘Dostlarımız rahat olsun, düşmәnlarımız isә bilsinlәr ki, bu millәtin  işğal vә ya ilhaqa qarşı  verәcәyi cavab 15 iyul gecәsindәn fәrqli olmayacaq’’.

Tüekiyәnin  Fәtullahçı terror tәşkilatına qarşı uğurlu mübarizә apardığını vurğulayan Şәntop bildirib ki,bu tәşkilatın hansı mәqsәdlәrә xidmәt etdiyi açıq-aşkardır.

İclasda çıxış edәn partiyaların sәdrlәri dә 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar açıqlamalar veriblәr.

Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay, milli müdafiә naziri Hulusi Akar vә xarici işlәr naziri Mövlud Çavuşoğlunun da qatıldığı iclasda  xarici ölkәlәrin Ankaradakı sәfirlәri dә iştirak ediblәr.



Әlaqәli Xәbәrlәr