Prezident Kompleksindә anım mәrasimi keçirilib

2016-cı ilin 15 iyul tarixindә hәyata keçirilәn xain cevriliş cәhdinin 3-cü ildönümündә Prezident İqamәtgahında anım mәrasimi tәşkil edilib.

1235959
Prezident Kompleksindә anım mәrasimi keçirilib
erdogan bestepe anma toreni2.jpg
erdogan bestepe anma toreni1.jpg

 

2016-cı ilin 15 iyul tarixindә hәyata keçirilәn xain cevriliş cәhdinin 3-cü ildönümündә Prezident İqamәtgahında anım mәrasimi tәşkil edilib.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Prezident İqamәtgahının qarşısında onu gözlәyәn 15 iyul şәhidlәrinin ailәlәri vә qazilәrlә bir müddәt söhbәt edib. Daha sonra Şәhidlәr Abidәsi ziyarәt edilib. Abidә önünә  әklil qoyan Rәcәb Tayyib Әrdoğan şәhidlәrә dua edib.

Әrdoğan vә onu müşayiәt edәnlәr daha sonra Beştepe Millet Mәscidindә tәşkil edilәn  Hatm-i Şeri mәrasiminә qatılıblar.

Türkiyә prezidenti burada Qurani-Kәrimdәn ayәlәr oxuyub. Türkiyәnin Dini İşlәr İdarәsinin rәhbәri Әli Әrbaş da dua edib.

Mәrasimdә Bosniya vә Herseqovina Xalqlar Mәclisinin sәdri Bakir İzzedbeqoviç, Türkiyә prezidentinin kömәkçisi Fuad Oqtay, bәzi nazirlәr ilә çevriliş cәhdi zamanı Ankarada şәhid olanların ailәlәri, qazilәr vә vәtәndaşlar iştirak ediblәr.



Әlaqәli Xәbәrlәr