Ərdoğan: "15 İyulu unutmayacağıq, unutdurmayacağıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" hesabından 15 İyula dair ismarış bölüşdü.

1234820
Ərdoğan: "15 İyulu unutmayacağıq, unutdurmayacağıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" hesabından 15 İyula dair ismarış bölüşdü.
 
 Türkiyə Prezident Aparatı Kommunikasiya İdarəsi tərəfindən 15 iyul gecəsi baş verənlərlə bağlı hazırlanan 2 dəqiqə 20 saniyəlik qısa filmi da bölüşən Ərdoğan: "Şəhidlərimizin əziz xatirələrinə və qanları ilə şərəfləndirdikləri bu torpaqlara sahib çıxmağa davam edəcəyik. 15 İyulu unutmayacağıq, unutdurmayacağıq" ifadələrini işlətdi.
 
 Digər tərəfdən, Türkiyə Prezident Aparatı Kommunikasiya İdarəsinin rəhbəri, professor Fəxrəddin Altun Kommunikasiya İdarəsi tərəfindən 15 İyul şəhidlərinin əziz xatirələrinə həsr olunmuş qısa filmi bölüşdü.
 
 Altun "Twitter" hesabından etdiyi bölgüdə bunları yazdı: "Onlara minnətdarıq. Torpağa düşdülər, amma bayrağı əllərindən salmadılar. Vətəni müdafiə etməkdən çəkinmədilər. Hər birinin cəsarətini, igidliyini yaddaşlarımıza həkk etdik. Bu ölkəni bizə vətən edənlərə salam olsun. Şəhidlərimizin əziz xatirəsinə rəhmət və minnətdarlıqla". 
 
15 İyul dövlət çevrilişi cəhdində şəhid olanların həqiqi hekayələrindən bəhs edən filmdə şəhidlərdən qalan əşyalar və ailələrinin xatirələri əks etdirilir.
 
 Türkiyə Milli Müdafiə Nazirliyi də sosial media hesabından Prezident Aparatı Kommunikasiya İdarəsinin 15 İyul şəhidlərinə və qazilərinə həsr etdiyi qısa filmlə birlikdə bu ismarışı bölüşdü: "Fətullahçı Terror Təşkilatının 15 iyul 2016-cı ildəki  xain çevriliş cəhdinə "dayan" deyən əziz millətimizi hörmətlə salamlayır, vətəni üçün canını verən vətəndaş, əsgər və polisdən ibarət bütün şəhidlərimizi rəhmət və minnətdarlıqla xatırlayır, qəhrəman qazilərimizə minnətdarlığımızı bildiririk"



Әlaqәli Xәbәrlәr