Ömər Çelik Yunanıstanın yeni Xarici işlər nazirinə reaksiya verdi

Yunanıstanın yeni Xarici işlər naziri Nikos Dendiasın Türkiyənin Şərqi Aralıq dənizində beynəlxalq hüquq normları çərçivəsində icra etdiyi fəaliyyətləriylə əlaqədar sözlərinə Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik sərt reaksiya verdi.

1233560
Ömər Çelik Yunanıstanın yeni Xarici işlər nazirinə reaksiya verdi

Çelik, paytaxt Ankarada mövzu ilə bağlı jurnalistlərə verdiyi açıqlamada: “Yunanıstan xarici işlər naziri bir dövlət xadimi və ya diplomata yaraşmayan üslubda danışır. Türkiyənin dostluğu dəyərlidir və heç kəs bundan zərə görməz. Ancaq Yunanıstan Xarici işlər  naziri  vəzifəsinin icrasına  bu üslub ilə başladı. Bunun davam etməsinin nəticələri yaxşı olmaz. Şimali Kipr Türk Respublikasının səlahiyyətlilərinin Şərqi Aralıq dənizindəki qazma fəaliyyətlərinə dair açıqlamalarına dəstək veririk. Gərginlik yaradan və hüquqa zidd addımlar atan Yunan və Rum icmasıdır”-deyə Çelik vurğulayıb.



Әlaqәli Xәbәrlәr