İraqın şimalında 15 terrorçu zərərsizləşdirildi

İraqın şimalındakı Haftanin bölgəsinə təşkil olunan hava əməliyyatında 15 terrorçu zərərsizləşdirildi.

1233226
İraqın şimalında 15 terrorçu zərərsizləşdirildi

İraqın şimalındakı Haftanin bölgəsinə təşkil olunan hava əməliyyatında 15 terrorçu zərərsizləşdirildi.

Məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yaydı.

Məlumatda  İraqın şimalındakı Haftanin bölgəsinə hava əməliyyatının "Pəncə" əməliyyatı ilə koordinasiyalı şəkildə keçirildiyi bildirilir.

 Məlumatda hava əməliyatında separatçı terror təşkilatı PKK tərəfindən silah mövqeyi, sığınacaq  kimi istifadə edilən hədəflərin də məhv edildiyi qeyd edilir.

 Daxili təhlükəsizlik əməliyyatları çərçivəsində isə Diyarbəkir-Lice rayonunda 2 terrorçu silahları ilə birlikdə zərərsizləşdirildi.

 Bölgədə terrora qarşı əməliyyatlar davam edir.



Әlaqәli Xәbәrlәr