15 İyul Balkan ölkələrində anılacaq

15 iyulda Fetullahçı Terror Təşkilatının reallaşdırdığı çevriliş cəhdinin 3-cü il dönümündə qərbi Balkan ölkələrində tədbirlər keçiriləcək. Bu ölkələrdə yaşayanlara “FETO”-nun nə qədər təhlükəli terror təşkilatı olduğu şərh ediləcək.

1232208
15 İyul Balkan ölkələrində anılacaq

“FETO”-nun təşkilatlanma prosesini təsvir edən “The Network” filminin nümayişi ilə başlayacaq və bir həftə müddətlə davam edəcək olan 15 iyul Demokratiya və Milli Birlik Günü tədbirləri çərçivəsində Bosniya və Herseqovina, Şimali Makedoniya, Serbiya, Xorvatiya, Çernoqoriya, Albaniya və Kosovada foto sərgilər və panellər açılacaq. Demokratiya yürüşü keçiriləcək.

Bosniya və Herseqovinadakı proqramlara, Prezident administrasiyası yanında informasiya rəhbərliyinin layihəsi çərçivəsində “TRT World” tərəfindən hazırlanan “The Network” adlı filmin nümayişi ilə 10 İyulda start veriləcək.

Tədbirlər çərçivəsində Bosniya və Herseqovina Federasiyasının Veteranlar üzrə nazirliyi və Veteranlar Dərnəyinin əməkdaşlığı ilə 13 iyulda Zenica şəhərində Türk əsgərləri və Bosniyalı qazi futbolçular dostluq matçı oynanacaq. Həmin gün Zenitsada sərgis açılacaq və konfrans veriləcək. 14 İyulda Sarayevoda üçüncü dəfə Demokratiya yürüşü təşkil ediləcək.

Türkiyənin Sarayevo səfiri Haldun Koçun sözlərinə görə 15 İyulda yaşananlar və terror təşkilatı Feto-ya qarşı mübarizə təkcə Türkiyənin problemi deyil. O qeyd edib ki, bu səbəbdən xəbərdarlıq etmək, əməkdaşlığı inkişaf etdirmək və birgə mübarizə aparmaq üçün bu tədbirlərdə yerli rəsmiləri də görmək istəyirik.



Әlaqәli Xәbәrlәr