Bingöldə PKK-ya qarşı əməliyyat keçirildi

Bingölün Yayladərə qəsəbəsində keçirilən əməliyyatda PKK terrorçularına məxsus 3 otaqlı sığınacaq məhv edildi.

1230775
Bingöldə PKK-ya qarşı əməliyyat keçirildi

 
 Türkiyənin Bingöl vilayətinin valiliyindən verilən açıqlamaya görə, Yayladərə qəsəbəsində separatçı terror təşkilatı PKK-ya qarşı əməliyyat keçirilib.
 
 Əməliyyatda terrorçuların istifadə etdiyi 3 otaqlı sığınacaq aşkar edilib.
 
 Əl istehsalı basma mexanizmli partlayıcının, müxtəlif qida və həyat üçün zəruri olan ləvazimətlərin olduğu sığınacaq təhlükəsizlik qüvvələri tərəfindən istifadəyə yararsız hala gətirilib.


Etiketlәr: #əməliyyat , #PKK , #Bingöl

Әlaqәli Xәbәrlәr