Ankarada Beynəlxalq Tələbələrin 8-ci Buraxılış Mərasimi keçirildi

Türkiyənin paytaxtı Ankarada Ticarət Palatasının Konqres Mərkəzində Beynəlxalq Tələbələrin 8-ci Buraxılış Mərasimi keçirildi.

1230138
Ankarada Beynəlxalq Tələbələrin 8-ci Buraxılış Mərasimi keçirildi
abdullah eren.jpg

Türkiyənin paytaxtı Ankarada Ticarət Palatasının Konqres Mərkəzində Beynəlxalq Tələbələrin 8-ci Buraxılış Mərasimi keçirildi.
 
Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinin (YTB) təqaüdləri ilə Türkiyədə təhsil alan beynəlxalq tələbələr buraxılış həyəcanını yaşadılar.
 
 Mərasimdə iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan da xarici tələbələrin həyəcanına qoşuldu.
 
 1500 xarici tələbənin diplomlarını aldığı mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tələbələrə: "Siz artıq "dünya beşdən böyükdür" düsturunun (prinsip) təmsilçilərisiniz" deyə səsləndi.
 
Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsinin rəhbəri Abdullah Eren də idarəninTürkiyə təqaüdlərinin əhəmiyyətinə diqqət çəkdi.
 
 Türkiyə universitetlərindən məzun olan xaici tələbələrin vəzifələri olduğunu qeyd edən Eren bunları söylədi: "Siz ölkələrinizdə Türkiyənin Türkiyədən böyük olması, Türkiyənin dünyanın ümidi olması xüsusiyyətinin könüllü elçiləri olaraq bu dünyagörüşünü davam etdirəcəksiniz və biz də, bu əmanəti sizlərlə birgə daşımağa davam edəcəyik" .
 
 Məzun tələbələrə diplomlarını prezident Ərdoğan təqdim etdi.
 
 Beynəlxalq Tələbələrin 8-ci Buraxılış Mərasimi  tələbələrin papaq atması ilə başa çatdı.



Әlaqәli Xәbәrlәr