"Türkiyə və Çin eyni fikri paylaşır", Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasına planlaşdırdığı rəsmi səfər ərəfəsində bu ölkədə nəşr olunan "Global Times" və "Huánqiú Shíbào" gəzetləri üçün məqalə yazıb, Shinhua xəbər agentliyinə müsahibə verib.

1228609
"Türkiyə və Çin eyni fikri paylaşır", Rəcəb Tayyib Ərdoğan

  Ərdoğan qələmə aldığı məqalədə Türkiyə-Çin əlaqələrinin əhəmiyyətinə diqqət çəkib. Yeni bir dünya sisteminin yaranmağa başladığı dövrdə Türkiyə və Çinin böyük öhdəliklərinin olduğunu ifadə edərək: “Türkiyə dünya sülhü, təhlükəsizliyi və sabitliyinin qorunması, çox tərəflılığın təşviq edilməsi və sərbəst ticarətin davam etdirilməsi kimi sahələrdə Çin ilə eyni vizionu paylaşır. Türkiyə və Çin Qərb ölkələrə müqayisədə inkişaf uğrunda atılası addımları vaxtında atmayıb. Bu səbəblə hər iki ölkə 21-ci əsrdə lazımlı tədbirləri görərək Avropanın inkişaf seviyyəsinə çatmağı məqsəd götürürb. Çin prezidenti Şi Cinpinq ilə mütabiq qaldığımız "1 milyon Çinli turist" hədəfiylə bağlı atılan addımlar iki ölkə arasındakı əlaqəliri daha da möhkəmləşdirəcək” deyə vurğulayıb.

Prezident Rəcəb Tayyıb Ərdoğan Çin xəbər agentliyi Şinhuaya müsahibəsində isə Türkiyənin Çinin "Qurşaq və Yol cəhdini" dəstəkləyən ilk ölkələrdən biri olduğunu xatırladıb və iki ölkə arasındakı ticarət həcminin balanslı artırılması mövzusunda tərəflərin mütabiq olduqlarını qeyd edib.

Çinli iş adamlarını Türkiyədə sərmayə yatırmağa dəvət edən prezident Ərdoğan, Türk məhsullarının Çin bazarında öz yerini tapmasını yüksək qiymətləndirdiyini, iki ölkə arasında yüksək səviyyəli danışıqların hər sahədə davam etməsinə üstünlük verdiklərini, bu təmasların, müşavirələrin artmasıyla əlaqələrin siyasi, ticari, mədəni  başda  olmaqla bütün sahələrdə inkişaf edəcəyinə inamının tam olduğunu vurğulayıb. Çinə səfəri çərçivəsində baş tutacaq danışıqlarda ikitərəfli əlaqələr ilə yanaşı regional və beynəlxalq mövzuların da gündəmə salınacağını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr