Prezident Rəcəb Tayyib Ərdoğan Çində görüşlər keçirir

Ərdoğan şəxsinə və heyətinə göstərilən qonaqpərvərliyə görə Si Cinpin və Çin xalqına təşəkkür etdi.

1228856
Prezident Rəcəb Tayyib Ərdoğan Çində görüşlər keçirir
erdogan cin6.jpg
erdogan cin5.jpg
erdogan cin3.jpg
erdogan cin6.jpg
erdogan cin5.jpg
erdogan cin3.jpg

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaponiyada görüşlərini başa vuraraq Çinə səfər etdi.

Ərdoğan Çin prezidenti Si Çinpin tərəfindən rəsmi mərasimlə qarşılandı.

Mərasimdən sonra iki liderin təkbətək görüşü baş tutdu.

İki liderin təkbətək görüşdən sonra heyətlər arasında görüş keçirildi.

Heyətlər arasında keçirilən görüşdən əvvəl qısa çıxış edən Ərdoğan şəxsinə və heyətinə göstərilən qonaqpərvərliyə görə Si Cinpin və Çin xalqına təşəkkür etdi.

Çin prezidenti Si Cinpin ilə son illərdə tez-tez bir araya gələrək fikir mübadiləsi apardıqlarını xatırladan Ərdoğan Türkiyə-Çin əlaqələrini hər sahədə uzun müddətli anlayışla və strateji baxışla inkişaf etdirmə nöqtəsində razılıq əldə etdiklərini söylədi.

Minlərlə illik əlaqələrə sahib İpəkyolu ilə bir-birinə bağlanan qədim mədəniyyətlər üzərində yaranmış Türkiyə-Çin əməkdaşlığının gücləndirilməsi üçün potensiyalın böyük olduğuna inandığını dilə gətirən Ərdoğan dedi:

“Tək Çin siyasəti Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Çinə səfərim bu dəfə qlobal sülh və sabitliyə yönəldilmiş sınaqların artdığı bir zamanda reallaşır. Türkiyə-Çin əlaqələrinin güclənməsinin, regional və qlobal sabitliyə də ciddi töhfəsi olacaq”.

Çinin dövlət başçısı Si də bu səfər sayəsində əlaqələri inkişaf etdirməyə ümidlərinin olduğunu söylədi. 

Si "Qarşılıqlı strateji etimadı artırmalı, strateji əməkdaşlıq və koordinasiyanı gücləndirməli, qətiyyətli şəkildə mərkəzdə BMT və beynəlxalq hüquq sisteminin olduğu beynəlxalq sistemi qorumalı, çoxtərəfliliyi və beynəlxalq ədaləti birgə müdafiə etməliyik" ifadələrini işlətdi. 

Si Ərdoğan ilə birgə maraq və narahatlıqlarla, ikili, regional və beynəlxalq məsələr barəsində ətraflı fikir mübadiləsi aparmağı istədiyini bildirdi. 

Ərdoğan daha sonra Si tərəfindən verilən rəsmi qonaqlıqda iştirak etdi. 

Heyətlər arasında keçirilən görüş və qonalığa Ərdoğanla yanaşı həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Berat Albayrak, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli müdafiə naziri Hulusi Akar, ticarət naziri Ruhsar Pekcan, Ədalət və İnkişaf Partiyasının sədr müavini Cövdət Yılmaz, Prezident Aparatı Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezident Aparatının sözçüsü İbrahim Kalın da qatıldılar.



Әlaqәli Xәbәrlәr