Hafterə tabe olan hərbi qüvvələr tərəfindən  saxlanılan 6 Türkiyə vətəndaşı azadlığa buraxıldı

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, Liviyada Xəlifə Haftdrə tabə olan hərbi qüvvələr tərəfindən  saxlanılan Türkiyə vətəndaşı 6 nəfər azadlığa buraxıldı.

1228060
Hafterə tabe olan hərbi qüvvələr tərəfindən  saxlanılan 6 Türkiyə vətəndaşı azadlığa buraxıldı

Xəlifə Hafterə tabe olan hərbi qüvvələr tərəfindən  saxlanılan 6 Türkiyə vətəndaşı azadlığa buraxıldı.

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, Liviyada Xəlifə Haftdrə tabə olan hərbi qüvvələr tərəfindən  saxlanılan Türkiyə vətəndaşı 6 nəfər azadlığa buraxıldı.

Qaynaqlar Türkiyə vətəndaşı işçilərin liviyalı şirkət yiyələrilə gəmiyə qayıtdıqlarını və öz istəklərilə işləməyə davam etmə qərarına gəldiklərini bildiriblər.

Hafter qüvvələrinin Türkiyə vətəndaşlarını saxlamasından sonra Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yaydı. 

Bəyanatda Xəlifə Hafterə tabe olan hərbi qüvvələr tərəfindən  saxlanılan Türkiyə vətəndaşlarının təcili surətdə azadlığa buraxılmaları tələb olundu.

Bəyanatda bu ifadələr işlədildi: "Liviyada Hafterə tabe olan qeyri-leqal milis qüvvələri tərəfindən altı vətəndaşımızın saxlanılması quldurluq və piratlıq səviyyəsində bir hərəkətdir. Vətəndaşlarımızın dərhal azad edilməsini gözləyirik. Əks təqdirdə Hafter qüvvələri hüquqi hədəf vəziyyətinə düşəcəklər".



Әlaqәli Xәbәrlәr