Türkiyədə turizmin tanıdılması məqsədilə agentlik qurulacaq

Türkiyədə Turizm Tanıtım və İnkişaf agentliyi qurulur.

1226875
Türkiyədə turizmin tanıdılması məqsədilə agentlik qurulacaq

Türkiyədə Turizm Tanıtım və İnkişaf agentliyi qurulur.

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy turizmin ölkə xaricində təbliğatı üçün daha çox büdcə ayrılmasının qərara alındığını, həmin məqsədlə “Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyi” qurulacağını bildirib.  

Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına görə, nazir Ərsoy Türkiyə-Rusiya Parlamentlərarası Dostluq Qrupunun əsas təşkili Türk-Rus İctimai Forumu tərəfindən Türkiyədə qonaq edilən rus jurnalistlərlə bir araya gələrək suallara cavab verib.

Ərsoy agentliyin dünya miqyasında Türkiyənin tarixində olmadığı qədər güclü bir büdcəyə sahib olacağını və turizm təbliğatı aparacağını ifadə edib.

Ərsoy Yaponiyanın 2019-cu ili “Türk Mədəniyyət İli” elan etməsi səbəbilə Tokioda Milli Sənət Muzeyində açılan “Xəzinələr və Osmanlı İmperiyasında Lalə Ənənəsi Sərgisi”nin “Gəzən sərgi” forumu ilə Rusiyada da nümayiş olunacağını söyləyib.

Qeyd edək ki, Türk-Rus İctimai Forumu tərəfindən keçən il başladılan tədbir çərçivəsində Rusiyanın tanınmış agentliyi televiziya və jurnalistlərdən 16 gənc nümayəndəni Türkiyədə qonaq edir.

Rus jurnalistlər səfərləri çərçivəsində TRT və “Daily Sabah”da da olublar.



Әlaqәli Xәbәrlәr