"F-35-dən imtina etmək NATO-nun gücünü də azaldacaq",H.Akar

Milli müdafiə naziri Hulusi Akar F-35 döyüş təyyarəsindən Türkiyəni məhrum etməyə cəhd göstərməyin NATO-nun müdafiəsini də gücünü də ciddi səviyyədə azaldacağını bildirdi.

1226344
"F-35-dən imtina etmək  NATO-nun gücünü də azaldacaq",H.Akar

Milli müdafiə naziri Hulusi Akar F-35 döyüş təyyarəsindən Türkiyəni məhrum etməyə cəhd göstərməyin NATO-nun müdafiəsini də gücünü də ciddi səviyyədə azaldacağını bildirdi.

Akar NATO Müdafiə Nazirlərinin toplantısı çərçivəsində səfərdə olduğu Belçikanın paytaxtı Brüsseldə ikitərəfli  görüşlər çərçivəsində ABŞ-lı rəsmilərlə bir araya gəlib.

ABŞ müdafiə nazirinin vəzifələrini icra edən Mark Esper ilə bir müddət ayaqüstü söhbət edən, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri ilə də NATO-nun mənzil qərargahında görüş keçirən Akar görüşdən sonra suallara cavab verib.

Esper ilə dünən keçirdiyi görüşdə Türkiyənin S-400 və F-35 döyüş təyyarəsi tədarükünün gündəmə gəlib gəlmədiğinin sual edilməsi qarşısında Akar deyib ki, S-400 tədarükü ilə əlaqədar Rusiya ilə müqaviləyə əsaslanan öhdəliklərimiz var. Xülasə bu proses artıq bitib. F-35 layihəsindəki əməkdaşlığın mane olunması nə Türkiyənin nə ABŞ-ın nə də NATO-nun maraqlarına xidmət göstərəcəktir.  Türkiyə sadəcə bir müştəri deyil, F-35 proqramının investorlarından və istehsal tərəfdaşlarından biridir. F-35 proqramı ilə əlaqədar bütün öhdəliklərimizi indiyədək yerinə yətirdik. Bu, bir ticarət müvəqiləsidir. Həmin çərçivədə hər platformada bütün haqlarımızın axırınadək müdafiəçisi olacağıq.

Akar Türkiyə və ABŞ əlaqələrinə də toxunaraq deyib ki, qarşılıqlı hörmət və dostluğa əsaslanan bir münasibət gözləyirik. Bu sahədə təsisedici yolda irəliləmək üçün cəhd göstərməyə davam edə biləcəyimizi və uyğun həll yolu tapacağımıza ümid edirəm. F-35 döyüş təyyarəsindən Türkiyəni məhrum etməyə cəhd göstərmək NATO-nun müdafiəsini də gücünü də ciddi səviyyədə azaldacaq. F-35 təyyarəsi və proqramının təhlükəsizliyi stratəji tərəfdaşımız ABŞ üçün olduğu qədər Türkiyə üçün də böyük əhəmiyyət daşıyır. S-400 mövzusundakı ABŞ-ın narahatlıqlarını müzakirə etmək üçün NATO-nun da iştirakı ilə bir iş qrupu qurulmasına dair təklifimiz hələ də qüvvədədir.



Әlaqәli Xәbәrlәr