Türkiyə Efiopiyada dövlət çevrilişi cəhdini kəskin şəkildə qınadı

Türkiyə Xarici işlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir...

1223755
Türkiyə Efiopiyada dövlət çevrilişi cəhdini kəskin şəkildə qınadı

  Türkiyə Efiopiyanın Amhara bölgəsi hökumətinə qarşı keçirilən və Amhara hökumət başçısı və yüksək səviyyəli rəsmilərin həyatlarını itirməsinə yol açan dövlət çevrilişi cəhdini kəskin şəkildə qınayıb.

  Türkiyə Xarici işlər Nazirliyindən verilən yazılı açıqlamada bildirilir:

  “Etiyopyanın Amhara bölgəsi hökumətinə qarşı keçirilən və Amhara hökumət başçısı və yüksək səviyyəli rəsmilərin həyatlarını itirməsinə yol açan çevriliş cəhdini kəskin şəkildə qınayır, hadisə zamanı Addis Ababada uğradığı hücum nəticəsində Efiopiya baş qərargah rəisinin həyatını itirməsinə təəssüfümüzü bildirir, dost Efiopiya xalqı və hökumətinə başsağlığı veririk.

  Türkiyə seçki ilə hakimiyyətə gələn hökumətlərin qeyri-qanuni yollarla dəyişdirilməsinə yönəldilmiş bütün cəhdlərin qarşısında olduğunu təkrarlayır, Efiopiyaya böyük dəstəyini ifadə edir".

    Xatırladaq ki, Efiopiya Nazirlər Kabineti ölkənin şimalında yerləşən Amhara əyalətində 23 iyun axşamı silahlı qrupun çevrilişə cəhd edərək yerli hökuməti devirməyə çalışdığı, prosesin yatırıldığı, hadisə zamanı ölkənin baş qərargah rəisi Sir Mekonnen (Seare Mekonnen) və Amhara əyalətinin başçısı Ambaxav Mekonnenin (Ambachew Mekonnen) öldürüldüyünü bildirib.



Әlaqәli Xәbәrlәr