Ərdoğan: "İstanbul seçicisi İstanbul üçün ən düzgün qərarı verəcək"

İstanbul xalqı 5 il boyu fəaliyyət göstərəcək böyükşəhər bələdiyyə sədrini seçmək üçün səs verir.

1223511
Ərdoğan: "İstanbul seçicisi İstanbul üçün ən düzgün qərarı verəcək"

İstanbul xalqı 5 il boyu fəaliyyət göstərəcək böyükşəhər bələdiyyə sədrini seçmək üçün səs verir.
 
  Seçkilərdə Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının (Cümhur İttifaqı) namizədi Binəli Yıldırım, Cümhuriyyət Xalq Partiyası ilə İYİ Partiyanın (Millət İttifakı) namizədi Əkrəm İmamoğlu, Səadət Partiyasının namizədi Necdət Gökçınar və Vətən Partiyasının namizədi Mustafa İlker Yücel mübarizə aparırlar.
 
 Prezident Rəcəb Tayyib Ərdoğan Üsküdar Kısıklıda səs verdi.
 
Ərdoğan xanımı Əminə Ərdoğan, xəzinə və maliyyə naziri Bərat Albayraq və xanımı Əsra Albayraq ilə birlikdə səs verərkən: "İstanbul seçicisi İstanbul üçün ən düzgün qərarı verəcəkdir" deyə danışdı.
 
 Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop da  Üsküdar seçki məntəqəsində səs verərək: "Ölkəmiz, millətimiz üçün xeyirli olsun" dedi.
 
 Daxili işlər naziri Süleyman Soylu isə Qaziosmanpaşada səs verərək: "Türkiyə bir tərəfdən seçkilərə gedir, digər tərəfdən terrorla mübarizəni uğurla davam etdirir" dedi.
 
İYİ Partiyanın sədri Maral Akşənər Bəylərbəyi seçki məntəqəsində səs verərək: "Xeyirli olsun" dedi.
 
 Cümhur İttifaqının namizədi Binəli Yıldırım isə həyat yoldaşı ilə birlikdə Tuzlada səs verdi. 
 
Yıldırım: "Xalqın verdiyi qərarın başımız üstündə yeri var" ifadələrini işlətdi.
 
 Millət İttifaqının namizədi Əkrəm İmamoğlu da xanımı və oğlu ilə birlikdə Bəylikdüzündə səs verdi.
 
 İmamoğlu:"Demokratiyamız adına, İstanbulumuz üçün, ölkəmizin gələcəkdəki bütün seçkilərinin legitimliyi adına xalqımız ən doğru qərarı verəcəkdir" dedi.



Әlaqәli Xәbәrlәr