Türkiyə prezidenti xarici mətbuat nümayəndələri ilə görüşdü

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan İstanbulda xarici mətbuat nümayəndələri ilə təşkil edilən yemək proqramında çıxış etdi.

1221937
Türkiyə prezidenti xarici mətbuat nümayəndələri ilə görüşdü

Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan İstanbulda xarici mətbuat nümayəndələri ilə təşkil edilən yemək proqramında çıxış etdi.
 
 Birləşmiş Millətlər Təşkilatının Misirdə 6 il əvvəl hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılan 67 yaşlı Mursinin şübhəli ölümünü mütləq gündəmdə tutacağını bildirən Ərdoğan BMT-nin buna görə məsuliyyət daşıyanlardan hesab istəcəyəcəyinə inandığını ifadə etdi.
 
 Prezident Ərdoğan: " Bizə haqq, hüquq, azadlıq dərsi verənlər Misir xalqının 52 faiz səslə seçdiyi prezidentinin çevriliş məhkəmələrində ölümünə səssiz qalsa da, biz səssiz qalmayacağıq" dedi.
 
 Ərdoğan 2 oktyabr 2018-ci il tarixində Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda vəhşicəsinə qətlə yetirilən səudiyyəli jurnalist Camal Xaşoqçi cinayətinin unudulmasına necə fürsət verilmədisə, məhkəmə zalında dünyasını dəyişən Məhəmməd Mursinin də faciəsinin unudulmasına imkan verilməyəcəyini qeyd etdi.
 
Türkiyə prezidenti çıxışını bu sözlərlə davam etdirdi: "Biz mətbuat və yayım orqanlarının xalqın adından siyasətçilərə nəzarət etməsinin, millətin maraqları naminə araşdırma aparmasının heç vaxt əleyhinə çıxmadıq, çıxmırıq. Əksinə, nəzarət vasitəsi olmalı olan medianın bir haqsızlıq vasitəsinə, siyasəti öz istəkləri əsasında formalaşdırma vasitəsinə çevrilməsinə etiraz edirik. Həqiqətin ortaya çıxması üçün bəzən canı bahasına xidmət edən mətbuat nümayəndələrinə hörmətimiz sonsuzdur. Lakin həqiqətin təzahürü üçün çalışmaq əvəzinə yeganə qayəsi hakimiyyəti devirmək olan ambisiyalı bir siyasətçi kimi davrananlara da jurnalist gözü ilə baxmırıq".
 
 Qələmini və kamerasını terror təşkilatlarının sərəncamına verənlərin də heç vaxt jurnalist  ola bilməyəcəklərini ifadə edən Ərdoğan: "Bizi tez-tez tənqid edənlərin bilərək gözdən qaçırdığı nöqtə məhz budur" dedi.



Әlaqәli Xәbәrlәr