Ərdoğan: "Şəhid Mursiyə Allahdan rəhmət diləyirəm"

Prezident Rəcəb Tayyib Ərdoğan şəhid Mursiyə Allahdan rəhmət dilədi və Mısır xalqına başsağlığı verdi.

1220187
Ərdoğan: "Şəhid Mursiyə Allahdan rəhmət diləyirəm"

Prezident Rəcəb Tayyib Ərdoğan şəhid Mursiyə Allahdan rəhmət dilədi və Mısır xalqına başsağlığı verdi.

Ərdoğan Mursinin Misirdə çevrilişlə hakimiyyəti ələ keçirən zalım Sisi tərəfindən minlərlə yoldaşı ilə birlikdə illərdir həbsxanada tutulduğunu xatırlatdı.

Prezident Ərdoğan dünən axşam İstanbulda iştirak etdiyi tədbirdə isə deyib ki, Mursi inandıqları uğrunda mübarizə apardığı zaman həyatını itirən bir şəhiddir. Tarix onun şəhadətinə səbəb olan zalımları əsla unudmayacaq.

Qeyd edək ki, Misirin sabiq prezidenti Mursi 2012-ci ildə ölkədə 5-ci seçkilə vəzifəyə gələn ilk prezident oldu.

Misirin sabiq prezidenti Məhəmməd Mursi 3 iyul 2013-cü ildə Sisi başçılığındakı Mısır Silahlı Qüvvələrinin hərbi çevrilişi nəticəsində devrilmişti.

Mursi isə çevrilişi qəbul etmədiyini açıqlamış və xalqı çevrilişə qarşı müqavimətə çağırmışdı.

Çevrilişdən sonra həbs edilən Mursi 6 ilə yaxındır mühakimə edilirdi. Onun səhhi vəziyyətinin xüsusilə son bir ildir yaxşı olmadığı məlum idi.


Etiketlәr: #Məhəmməd Mursi

Әlaqәli Xәbәrlәr