"Qaynaqların qorunması bütün insanlığın əməkdaşlığı ilə mümkün olacaq”, R.T. Ərdoğan

Ərdoğan dənizlərin okeanların, yeraltı və üzərindəki su qaynaqlarının qorunması, səhralaşma ilə mübarizə və qlobal istiləşmə ilə bağlı iqlim dəyişikliyi kimi problemlərin həllinin bütün insanlığın əməkdaşlığı ilə mümkün olacağını söylədi.

1219879
"Qaynaqların qorunması bütün insanlığın əməkdaşlığı ilə mümkün olacaq”, R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan dənizlərin okeanların, yeraltı və üzərindəki su qaynaqlarının qorunması, səhralaşma ilə mübarizə və qlobal istiləşmə ilə bağlı iqlim dəyişikliyi kimi problemlərin həllinin bütün insanlığın əməkdaşlığı ilə mümkün olacağını söylədi.

Dünya Səhrəlaşma ilə Mürabizə Gününə görə Ankara Ticarət Palatası “Congresium”da keçirilən tədbirdə Ərdoğanın ünvanladığı məktubu da oxundu.

Ərdoğan Dünyanın qlobal istiləşmə, quraqlıq, səhrəlaşma, biyoloji müxtəlifliyin azalması və bir sıra canlı növlərinin yox olması kimi ciddi ətraf-mühit fəlakətlərilə mübarizə etdiyini, problemin həlli üçün bütün insanlığın əməkdaşlıq etməsinin vacibliyini dilə gətirdi.

Türkiyənin ekoloji müxtəliflik və təbiət varlıqları baxımından xeyli zəngin ölkə olduğunu vurğulayan Ərdoğan “Bu zənginliyin, bu mirasın qiymətini bilmək və bu mirası gələcək nəsillərə daha da inkişaf etdirərək, zənginləştirərək çatdırmaq üçün bütün gücümüzlə çalışacağıq” dedi.

Kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli də çıxışında səhralaşmanın dünyanı təhdid edən və gündən-günə artan, hərblərdən daha təhlükəli və gizli olduğunu söylədi.

Pakdəmirli Türkiyədə hər il 50-yə yaxın ölkədən 100-ə yaxın mütəxəssisə səhralaşma ilə mübarizə barədə təlim keçildiyini dilə gətirdi.

BMT-nin baş katibi Antonio Quterreş də video məsajında “Torpağı qorumaq, kəyfiyyətli hala gətirmək və daha yaxşı istifadə etməklə köçü azalda , ərzaq təhlükəsizliyini artıra və iqtisadi inkişaf təşviq edə bilərik” dedi.



Әlaqәli Xәbәrlәr