Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada bir sıra görüşlər keçirdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu diplomatiya görüşlərini davam etdirir.

1217756
Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada bir sıra görüşlər keçirdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu paytaxt Ankarada səfərdə olan Qaradağ (Çernoqoriya) Parlamentinin Beynəlxalq Əlaqələr və Miqrantlar Komissiyasının sədri Andrija Nikolic və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir O. Pedersen ilə görüşüb.

Çavuşoğlu görüşlərə dair şəxsi “Twitter” səhifəsində yazıb: “Qaradağ (Çernoqoriya) Parlamentinin Beynəlxalq Əlaqələr Komissiyasi sədri və nümayəndələrilə səmimə görüşlər keçirdik. Bu dost ölkə ilə əlaqələr hər sahədə inkişaf edir”.

Çavuşoğlu Pedersenlə keçirdiyi görüş barədə isə bildirib ki, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir O. Pedersenlə Suriyadakı son vəziyyəti müzakirə etdik. “İdlib gərginliyi azaltma bölgəsi”nin qorunması və siyasi prosesdə irəli addım atılması əsas hədəfimizdir.



Әlaqәli Xәbәrlәr