Hulusi Akar Şanahanın məktubuna münasibət bildirdi

Milli müdafiə naziri Hulusi Akar ABŞ müdafiə nazirinin vəzifələrini icara edən Patrik Şanahanın göndərdiyi S-400 məktubunun tərəfdaşlıq ruhuna uyğun gəlmədiyini və lazımlı cavabı hazırladıqlarını söylədi.

1217240
Hulusi Akar Şanahanın məktubuna münasibət bildirdi

Milli müdafiə naziri Hulusi Akar ABŞ müdafiə nazirinin vəzifələrini icara edən Patrik Şanahanın göndərdiyi S-400 məktubunun tərəfdaşlıq ruhuna uyğun gəlmədiyini və lazımlı cavabı hazırladıqlarını söylədi.

Hulusi Akar Azerbaycan-Gürcüstan-Türkiyə müdafiə edən nazirlərinin üçtərəfli toplantısına qatılmaq üçün getdiyi Qəbələ şəhərində jurnalistlərin mövzuya bağlı suallarını cavablandırdı.

Akar Şanahanın məktubunun üslubu üzərində həssas dayandıqlarını bildirdi və məktubda strateji tərəfdaşlıq çərçivəsində mövcud problemlərə həll tapmaq və hərtərəfli təhlükəsizlik əməkdaşlığının qorunması barədə gözləntinin dilə gətirildiyi, müzakirələrin davam etdirilməsinin əhəmiyyətinin ifadə edildiyini vurğuladı.

Akar məktubun üslubunun müttəfiqlik ruhuna uyğun olmadığını ifadə edərək, "Buna görə vacib fəaliyyətlərimizi davam etdiririk, lazımi cavabı hazırlayırıq və yaxın zamanda cavablarını verəcəyik. Bu ayın sonunda Brüsseldə NATO Müdafiə Nazirləri yığıncağı təşkil ediləcək. Orada da Şanahanla bir araya gələcəyik” deyə söylədi.

Sabah ABŞ müdafiə nazirinin vəzifələrini icara edən Şanahan ilə telefonla danışacaqlarını bildirən Akar telefon danışığında və digər görüşlərdə Türkiyənin, Türkiyə Silahlı Qüvvələrinin məlum olan düşüncələrini, tələblərini bir daha müzakirə masasına qoyduqlarını, qoymağa da davam edəcəklərini vurğuladı.

Türkiyənin bu günə qədər NATO mövzusunda ABŞ ilə olan öhdəlikləri mövzusunda hər hansı bir axsaqlığa səbəb olmadan məsuliyyətlərinin hamısını əskiksiz, tamamilə yerinə gətirdiyini vurğulayan Hulusi Akar "Buna görə də tərəf-müqabillərimizin öz öhdəliklərini və məsuliyyətlərini bənzər şəkildə yerinə yetirmələrini gözləyirik" dedi.



Әlaqәli Xәbәrlәr