Prezidentin müavini Fuad Oqtay Beynəlxalq Əmək Təşkilatının konfransında iştirak edir

Prezidentin müavini Fuad Oqtay BMT Baş Məclisinin sədri Mariya Fernanda Espinosa Garceş ilə görüşüb.

1215844
Prezidentin müavini Fuad Oqtay Beynəlxalq Əmək Təşkilatının konfransında iştirak edir

Prezidentin müavini Fuad Oqtay BMT Baş Məclisinin sədri Mariya Fernanda Espinosa Garceş ilə görüşüb.

Beynəlxalq Əmək Təşkilatının (İLO) 30 ölkədən dövlət və hökumət rəhbərlərinin iştirak etdiyi 108-ci Beynəlxalq Əmək konfransına qatılmaq üçün İsveçrənin Cenevrə şəhərində olan Oqtay konfrans çərçivəsində heyətlər arasında  görüşlər keçirir.

Oqtay BMT Cenevrə ofisində BMT Baş Məclisinin sədri Mariya Fernanda Espinosa Garceş ilə görüşüb.

Görüşdə ailə, əmək və sosial xidmətlər naziri Zəhra Zümrüt Səlçuk ilə BMT-nin Cenerə ofisi nəzdindəki daimi nümayəndəsi səfir Sadıq Aslan da iştirak edib.

Görüşdə Türkiyə və BMT arasındakı əməkdaşlığın daha da gücləndirilməsi müzakirə edilib.

Türkiyənin davamlı inkişaf hədəflərinə dəstəyinin vurğulandığı görüşdə BMT Texnologiya bankının əhəmiyyəti, BMT islahat fəaliyyətləri və İstanbulda açılacaq BMT Gənclik Mərkəzi fəaliyyətləri barədə fikir mübadiləsi aparılıb.



Әlaqәli Xәbәrlәr