Kıbrıs Rum İdarəsi bu cəsarəti göstərəcəyi təqdirdə lazım olan cavab veriləcək

Türkiyə Kıbrıs Rum icmasının Kıbrıs Türklərinin mövcudluğunu qəbul etməyərək və haqqlarını qəsb edərək hərəkət etmə cəsarətini göstərəcəyi təqdirdə lazım olan cavabı verəcəyini bildirdi.

1215940
Kıbrıs Rum İdarəsi bu cəsarəti göstərəcəyi təqdirdə lazım olan cavab veriləcək

Türkiyə Kıbrıs Rum icmasının Kıbrıs Türklərinin mövcudluğunu qəbul etməyərək və haqqlarını qəsb edərək hərəkət etmə cəsarətini göstərəcəyi təqdirdə lazım olan cavabı verəcəyini bildirdi.

Xarici İşlər Nazirliyi sözçüsü Hami Aksoy Kıbrıs Rum İdarəsinin Fateh qazma gəsinin işçiləri barədə həbs qərarı qəbul etdiyi barədəki xəbərlərə münasibət bildirdi.

“Kıbrıs Türklərinin mövcudluğunu qəbul etməyərək və haqqlarını qəsb edərək hərəkət edən Kıbrıs Rum İdarəsinin bu həddini aşan qərarı düzdürsə, bizim üçün heç bir qiyməti və etibarı olmayacaqdır” ifadələrini işlədən Aksoy bu cəsarəti göstərəcəyi təqdirdə lazım olan cavabı verəcəklərindən heç kəsin şüphəsinin olmamasının vacibliyini vurğuladı.

Aksoy bildirdi ki, Kıbrıs Rum İdarəsinin özünə məxsus olduğunu irəli sürdüyü və beynəlxalq hüquqa uyğun olaraq sərhədi müəyyən edilməmiş bir dəniz sahəsi üçün, əsassız milli bir qərarla, bu tərz bir qərara gəlməsi beynəlxalq hüquqla üst-üstə düşmür. Həmin səbəblə biz də əlaqədər qurumlarımızla birlikdə lazım olan hüquq prosesini başladacağıq. Kıbrıs Rum icmasının belə bihudə metodlarla öz dənizdibi ərazimizdə göstərdiyimiz fəaliyyətləri dayandırma cəhdlərindən heç bir nəticə çıxmayacaqdır. Türkiyə həm öz dənizdibi ərazilərindəki haqqlarını qorumaq, həm də adanın bərabər hüquqlu tərəfdaşı olan Kıbrıs Türklərinin  haqqlarını qorumaq üçün neft və təbii qaz axtarma/qazma işlərini planlaşdırdığı qətiyyətdə davam etdirəcək.



Әlaqәli Xәbәrlәr