Türkiyə də qarşılıq olaraq Qırğızıstan səfirinə nota verdi

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə...

1214964
Türkiyə də qarşılıq olaraq Qırğızıstan səfirinə nota verdi

  Qırğızıstanın paytaxtı Bişkek yaxınlığındakı Orok kəndində 5 iyunda yaşanan gərginliklə əlaqədar Qırğızıstanın Türkiyədəki səfiri Kubanıçbek Ömüraliyev Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, hadisədən sonra Orok kəndinə gedən Türkiyənin Qırğızıstandakı səfiri Çingiz Kamil Fırata ayın 7-də Qırğızıstan Xarici İşlər Nazirliyi tərəfindən “ölkənin daxili işlərinə qarışdığı üçün nota” verilməsinə qarşılıq olaraq Türkiyə də qırğız səfirinə nota verib.

  Səfir Kubanıçbek Ömüraliyevə Türkiyə səfirinin vəzifə məsuliyyəti daxilində hərəkət etdiyi, Qırğızıstanın daxili işlərinə qarışmadığı və Türkiyə ilə Qırğızıstan arasında əlaqənin hər zamanki kimi qardaşlıq zəminində davam etməsinin istənildiyi çatdırılıb.



Әlaqәli Xәbәrlәr