Türkiyə prezidenti əsgərləri Ramazan bayramı münasibətilə təbrik etdi

Nahar zamanı Süleyman Soyluya ölkə başçısı Rəcəb Tayyib Ərdoğan zəng edib, onun vasitəsilə əsgərlərin bayramını təbrik edərək deyib...

1213289
Türkiyə prezidenti əsgərləri Ramazan bayramı münasibətilə təbrik etdi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri Süleyman Soylunun Şırnakdakı Kato dağı Duzluca hərbi bazasına səfəri əsnasında zəng edərək əsgərləri Ramazan bayramı münasibətilə təbrik edib.

  Şırnakda olan daxili işlər naziri Jandarma baş komandiri, general Arif Çetin ilə Kato dağındakı Duzluca hərbi bazasına keçərək əsgərlərlə bayram namazı qılıb, onları təbrik edib və mehmetciklərlə nahar yeməyi yeyib.

  Nahar zamanı Süleyman Soyluya ölkə başçısı Rəcəb Tayyib Ərdoğan zəng edib, onun vasitəsilə əsgərlərin bayramını təbrik edərək deyib: “Ramazan Bayramınız mübarək olsun. Rəbbim qəzalardan, bəlalardan mühafizə etməklə terrorla mübarizədə bizi müzəffər etsin, inşaallah, daha neçə bayramlara xeyirlərlə qovuşdursun. Buradan salamlar, sevgilər və dualarım var sizə. Allah yar və yardımcınız olsun."

  Ərdoğan “Pəncə” əməliyyatında iştirak edən əsgərlərin bayramını isə müdafiə naziri Hulusi Akarın vasitəsilə təbrik edib və bu hərəkatın böyük bir zəfərlə bitməsini arzulayıb.



Әlaqәli Xәbәrlәr