Hulusi Akar “Pəncə” hərəkatından danışdı

Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Pəncə” hərəkatında 28, İraqın şimalındakı əməliyyatlarda 25, ölkə içində 11 olmaqla 27 maydan bu yana 64 terrorçunun zərərsziləşdirildiyini söylədi.

1213323

  Hulusi Axar baş qərargah rəisi Yaşar Güler, Quru Qüvvələri komandiri Ümid Dündar, Dəniz Donanması komandiri Adnan Özbal və Hava Qüvvələri komandiri Həsən Küçükakyüz ilə birlikdə iyunun 3-ü axşam saatlarında Hakkarinin Yüksekova qəsəbəsinə gedib.

  Buradan vertolyotla Derecikə keçən nazir Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında Hakurk bölgəsindəki terror yuvalarına istiqamətli “Pəncə” hərəkatının taktiki əmr bölməsi olan 34-cü Hüdud Briqada Komandanlığındakı mehmetciklərə xitab edərək dedi:

  “Terrorla mübarizə ən son terrorçu zərərsizləşdirilənə qədər sürəcək. Bununla əlaqədar işlərimiz ayrıntılı şəkildə davam edir. Quru və Hava qüvvələrimizin əsl vəzifəsi elə budur. Gecə-gündüz demədən, baş qərargah rəisi, bütün komandirlərimiz, xidmət göstərən və ehtiyat zabitlərimiz bu işi təqib etməkdədir.”  

  Hulusi Akar hərəkatdakı son vəziyyətə dair briqada komandirləriylə də görüşərək təlimatlar verib.

Әlaqәli Xәbәrlәr