‘‘Pәncә’’ әmәliyyatı çәrçivәsindә terror tәşkilatı PKK-ya ağır zәrbәlәr endirilib

İraqın şimalındakı Zap bölgәsindә hәyata keçirilәn ‘‘Pәncә’’ әmәliyyatı nәticәsindә separatçı terror tәşkilatı PKK-ya mәxsus silah vә sursat anbarı  vә sığınacaqlar mәhv edilib.

1212579

Bu barәdә Türkiyә Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, әmәliyyat çәrçivәsindә bölgәyә hava zәrbәlәri endirilib.

Mәlumatda әmәliyyat nәticәsindә terror tәkilatı tәrәfindәn istifadә olunan mağara, sığınacaq vә silah anbarına ağır zәrbәlәrin endirildiyi bildirilib.

Digәr tәrәfdәn aparılan әmәliyyatla bağlı videoçarx da yayımlanıb.

Videoçarx ‘‘Әsgәrlәrimiz Pәncә hәrәkatı  çәrçivәsindә  dәniz sәviyyәsindәn  3 min metr yüksәklikdә әmәliyyatı  qәtiyyәtlә davam etdirirlәr’’ başlığı altında bölüşülüb.

Әlaqәli Xәbәrlәr