Türkiyə Seneqal və İordaniya ilə maliyyə əlaqələrini gücləndirir

Xarici İşlər naziri Mevlüt Çavuşoğlu, Səudiyyə Ərəbistanının Ciddədə şəhərində təşkil edilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici işlər nazirləri yığıncağına qatıldı.

1210823
Türkiyə Seneqal və İordaniya ilə maliyyə əlaqələrini gücləndirir

Xarici işlər naziri Çavuşoğlu yığıncaq çərçivəsində Seneqalın Xarici İşlər və Diaspor üzrə naziri Amadou Ba və İordaniyalı həmkarı Ayman Safadi ilə ayrı ayrılıqda görüşüb.

Nazir Çavuşoğlu, yığıncağa ev sahibliyi edən Konqres Sarayında baş tutan ikitərəfli danışıqlarla bağlı sosial media hesabından məlumat yayıb. O: “İordaniya ilə ticarət və iqtisadi əməkdaşlıq əlaqələrimizi irəli pillələrə qaldıracaq yeni bir razılaşma imzalaya bilərik. 2020-ci ilin iki ölkə tərəfindən qarşılıqlı mədəniyyət ili kimi qeyd edilməsinə dair tədbirlər görürük. Seneqallı həmkarım Ba ilə keçirdiyim görüşdə iki ölkə arasında 400 milyon dollara çatan ticarət həcminin daha da artırılmasına dair atılası addımları müzakirə etdik. Ölkələrimiz arasında Müdafiə sənayesi, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın inkişafı mövzusunda razılıq əldə edildi”-deyə Xarici işlər naziri Çavuşoğlu vurğulayıb.



Әlaqәli Xәbәrlәr