“Pəncə” hərəkatının məqsədi..." H.Akar

27 mayda bölücü terror təşkilatı PKK-ya qarşı başlanılan “Pəncə” hərəkatı ilə bağlı Türkiyə müdafiə naziri bu sözləri deyib...

1210677
“Pəncə” hərəkatının məqsədi..." H.Akar

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Pəncə” hərəkatının məqsədinin Türkiyəyə İraqın şimalından gələ biləcək terror təhdidinin tamamilə ortadan qaldırılması olduğunu açıqladı.

  H.Akar baş qərargah rəisi general Yaşar Güler və hava qüvvələri komandiri Həsən Küçükakyüzlə birlikdə Adanadakı nəzarət məntəqələrinə baş çəkib.

  27 mayda bölücü terror təşkilatı PKK-ya qarşı başlanılan “Pəncə” hərəkatı ilə bağlı Türkiyə müdafiə naziri bu sözləri deyib:

  "Mehmetciklərimiz tərəfindən terrorçuların bu bölgədəki bütün mağaraları məhv ediləcək. Kandil, Asos və digər yerlərdə də təsbit edilən terror hədəfləri yerli və milli quru atəş dəstək vasitələrilə vurulmaqdadır.

  Suriyanın İdlib bölgəsinə gəlincə. İdlibdə tezliklə sabitliyin və atəşkəsin hakim olması üçün Rusiya ilə görüşlərimizi davam etdiririk."



Әlaqәli Xәbәrlәr