“Kurtaran-2019" dəvət təlimi

Təlimin məqsədi dənizin üzərinə çıxma qabiliyyətini itirən dənizaltı gəmi heyətinin NATO üzvləri və digər ölkələrin iştirakı ilə dəniz donanması komandanlığı inventarında yer alan xilasetmə qüvvələrini qurtarmaqdır

1210581
“Kurtaran-2019" dəvət təlimi

  Türkiyənin dəniz donanması, quru və hava qüvvələri sahil təhlükəsizliyi komandanlığı ilə 18 ölkə və bir beynəlxalq təşkilat müşahidəçilərinin iştirak etdiyi “Kurtaran 2019” dəvət təliminin mətbuat mərhələsi başlayıb.

  Təlimdə Türkiyə ilə yanaşı Amerika Birləşmiş Ştatları, Azərbaycan, Banqladeş, Braziliya, Bolqarıstan, Əlcəzair, Fransa, Gürcüstan, İtaliya, Kanada, Qətər, Küveyt, Livan, Malaziya, Pakistan, Portuqaliya və Beynəlxalq Dənizaltı Qaçış və Xilasetmə Əlaqə Ofisindən (İSMERLO) müşahidəçilər iştirak edirlər.

  Marmaris Aksaz limanından hərəkət edən “TCG Alemdar” dənizaltı personal xilasetmə gəmisi xidmətini həyata keçirmək üçün Aralıq dənizinə üzüb. 

  Təlimin məqsədi dənizin üzərinə çıxma qabiliyyətini itirən dənizaltı gəmi heyətinin NATO üzvləri və digər ölkələrin iştirakı ilə dəniz donanması komandanlığı inventarında yer alan xilasetmə qüvvələrini qurtarmaqdır.

  Dənizaltı təxliyyə və xilasetmə əməliyyatında ortaya çıxa biləcək kütləvi yaralanma ssenarilərinə uyğun tibbi müalicələrin yerinə yetirilməsinin də nəzərdə tutulduğu təlimdə 6 gəmi, 6 sahil təhlükəsizliyi qayığı, 2 təyyarə, 2 helikopter, 21 nəfərlik dənizaltı təxliyyə və xilasetmə yardım heyəti, 12 nəfərlik paraşütlə xilasetmə dəstəsi, 3 xarici ölkə dalğıcı, 18 ölkə və bir beynəlxalq təşkilatdan 35 müşahidəçi iştirak edir.



Әlaqәli Xәbәrlәr