"İstanbulun şanına yaraşan bir opera və mədəniyyət mərkəzi tikirik", R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 25-də İstanbuldakı Dolmabahçe Sarayında sənət adamları və idmançılarla bir araya gəlib.

1208286
"İstanbulun şanına yaraşan bir opera və mədəniyyət mərkəzi tikirik", R.T.Ərdoğan

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 25-də İstanbuldakı Dolmabahçe Sarayında sənət adamları və idmançılarla bir araya gəlib.

  Ölkənin sənət və idman sahələrinə verdikləri töfhələrə görə sənətçilərə və idmançılara təşəkkür edən R.T.Ərdoğan deyib:

  “Mədəniyyət, sənət və idman xalqın ortaq dəyəridir. Bu sahələrin adamlarının ortaya qoyduqları əsərlər və uğurlar bütün xalqa məxsus olduqlarını göstərir. Elə buna görə də sənətçilər və idmancılar daim əl üstündə tutulmalı, etibarlarını yüksəlməli, imkanları genişlənməlidir.

  Türkiyə hökumətinin mədəni fəaliyyətlərə köçürülən dövlət dəstəyi 2002-ci ilə nisbətən 50 dəfə artırılıb. Təkcə film sektoruna 40 dəfədən çox maddi dəstək verilib.  

  Türkiyənin ən müasir opera standartlarına uyğun binası Cumhurbaşkanlığı Konqres və Mədəniyyət Mərkəzidir. Taksimdə İstanbulun şanına yaraşan bir opera və mədəniyyət mərkəzi tikirik. 2021-ci ildə köhnə adıyla Atatürk Mədəniyyət Mərkəzi olan bu opera binasını tamamlayıb təhvil verəcəyik, inşaallah.

  İdmançılar üçün də çox əhəmiyyətli dəstək və infrastruktur xidmətləri həyata keçiririk.

  Bu gün Türkiyə idman mərkəzləri baxımından iftixarverici səviyyəyə yüksəlib. Ali təhsilli idmançı sayı 280 mindən 9 milyona qalxıb.”



Әlaqәli Xәbәrlәr