9 ölkədən 10 şirkət ilk dəfə İstanbula uçuşlar təşkil etməyə başladı

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Cahit Turhan İstanbul hava limanının fəaliyyətə başlaması ilə 9 ölkədən10 şirkətin ilk dəfə İstanbula uçuşlar təşkil etməyə başladığını söylədi.

1208036
9 ölkədən 10 şirkət ilk dəfə İstanbula uçuşlar təşkil etməyə başladı

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Cahit Turhan İstanbul hava limanının fəaliyyətə başlaması ilə 9 ölkədən10 şirkətin ilk dəfə İstanbula uçuşlar təşkil etməyə başladığını söylədi.

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Cahit Turhan ötən gün İstanbul Havalimanları Müxbirləri Dərnəyinin (İHMD)  mətbuat xidmətinin açılışında iştirak etdi.

Nəqliyyat və İnfrastruktur naziri  Türkiyə aviasiyasının milli və beynəlxalq səviyyədə böyük müvəffəqiyyətlərə imza atdığını, 2002-ci ildə iki mərkəzdən 26 istiqamətə gedən daxili səfərlərin bu gün 7 mərkəzdən  56 istiqamətə həyata keçirildiyini bildirdi.

Turhan Beynəlxalq uçuşlarda 2003-cü ildə iki hava limanı ilə 50 ölkədə 60 istiqamətə təyyarə reysləri olduğunu, 2018-ci ilin sonunda isə ölkə sayının 124-ə,  istiqamətin də 318-ə çatdığını vurğuladı.

Nazir: "Bu inkişaflar kölgəsində 2003-ci ildə 34 milyon 400 min olan sərnişin sayından sonra rekord əldə edilərək bu rəqəm 210 milyona yaxınlaşdırıldı. Türkiyə son on ildə beynəlxalq hava nəqliyyatı sektorunda orta rəqəmdən 3 dəfə böyüdü.  Təyyarə sayımız 515-ə, oturacaq tutumumuz isə 97 min 400-ə çatdı. 2018-ci ildə mülki aviasiya sektorunun dövriyyəsi 110 milyard lirəyə,  işlə təmin edilənlərin sayı 205 minə çatdı" deyə bildirdi.

Cahid Turhan fərqli  ölkələrdən olan 10 şirkətin ilk dəfə İstanbula uçuşlar təşkil etməyə başladığını ifadə edərək:"Bunlar Çin, Hindistan, Tunis, Çernoqoriya, Əlcəzair və Efiopiya aviaşirkətlərdir" dedi.
 



Әlaqәli Xәbәrlәr