Yavuz Selim Kıran Ceyms Cefrinin bәyanatına münasibәt bildirib
Türkiyә xarici işlәr nazirinin müavini Yavuz Selim Kıran Suriyada yaradılacaq 30 kilometrlik deeskalasiya zonası mәsәlәsi ilә bağlı açıqlama verib.
Türkiyә xarici işlәr nazirinin müavini Yavuz Selim Kıran Suriyada yaradılacaq 30 kilometrlik deeskalasiya zonası mәsәlәsi ilә bağlı açıqlama verib.
Yavuz Selim Kıranın rәhbәrlik etdiyi Türkiyә heyәtinin Amerika Birlәşmiş Ştatları konqresindәki görüşlәri sona çatıb.
Xarici işlәr nazirinin müavini Yavuz Selim Kıran Türkiyәnin Vaşinqtondakı sәfirliyindә mәtbuat nümayәndәlәrinin suallarını cavablandırıb.
Amerika Birlәşmiş Ştatlarının Suriya üzrә xüsusi nimayәndәsi Ceyms Cefrinin ‘‘Türkiyәnin Suriyada 30 kilometrlik deeskalasiya zonasının yaradılması ilә bağlı tәlәbinin olduğunu ancaq Amerika Birlәşmiş Ştatlarının bunu hәlәki qәbul etmәdiyi’’ ilә bağlı açıqlamasına münasibәt bildirәn xarici işlәr nazirinin müavini Kıran bildirib ki, hazırda hәrbi rәsmilәrimiz bu mәsәlәni müzakirә edirlәr. Ancaq 30 kilometrlik tәhlükәsiz bölgә mәsәlәsinin müzakirә oluna bilәcәk mövzu olmadığını deyib.
Yavuz Selim Kıran ABŞ-da keçirilәn görüşlәrdә Suriyanın şimal bölgәlәrini işğal edәn separatçı terror tәşkilatı PYD/YPG/PKK-nın yalnız Türkiyә üçün deyil ABŞ vә kürdlәr üçün dә tәhdid tәşkil etdiyini qarşı tәrәfә çatdırdıqlarını ifadә edib.
Türkiyә xarici işlәr nazirinin müavini bildirib ki, deeskalasiya zonasında PYD/YPG/PKK üzvü terrorçular olmayacaq.
Yavuz Selim Kıran Amerika Birlәşmiş Ştatları prezidenti Donald Trampın Türkiyәyә edәcәyi sәfәrlә bağlı fәaliyyәtlәrin davam etdiyini qeyd edib.